Həyatımıza getdikcə daha çox nüfuz edən süni intellekt texnologiyası artıq nəşriyyat sahəsinə də təsir göstərir.
Süni intellektlə hazırlanmış pirat kitablar, dünyanın ən böyük e-ticarət platformalarından biri hesab edilən “Amazon”a yerləşdirilib.
“The Bookseller” nəşrinin məlumatına görə, britaniyalı komediyaçı Ris Ceymsin bu gün satışa çıxacaq “Oraya vardığında xoşuna gedəcək: İstəmədən yaşanmış bir həyat” adlı xatirə kitabının süni intellekt versiyaları həftələr əvvəl “Amazon”da satışa qoyulub.
Ris Ceyms “Instagram”da paylaşdığı videoda “Amazon”da qarşısına çıxan fərqli versiyaları, insanların səhvən alma ehtimalına görə sıralayıb. Platformadakı ilk saxta kitabın üz qabığında onun adı yazılsa da, fotoda tamamilə başqa bir şəxsin Ceyms kimi poza verdiyi görünür. Müəllifin paylaşımından sonra Britaniya Nəşriyyatçılar Birliyi, süni intellektlə yaradılan keyfiyyətsiz kitabların istehlakçı etimadına zərər verə biləcəyi barədə açıqlama yayıb.
Müəlliflər Birliyinin baş direktoru Meri Rasenberqer bildirib ki, bu kitabları yükləyən “nəşriyyatçılar” (əslində fırıldaqçılar) yüksək sürətlə keyfiyyətsiz məzmun yaradan inkişaf etmiş süni intellekt alətlərindən istifadə edirlər. Onları “Amazon” aşkar etdikdə isə, həmin şəxslər artıq qazancı ciblərinə qoyub növbəti saxta layihəyə keçmiş olurlar.
Bu vəziyyətdən zərər görən tək müəllif Ris Ceyms deyil. Son aylarda Kara Svişer və Mari Arananın yazdığı kitablar da “Amazon”da süni intellekt fırıldağına məruz qalıb.
Valyuta