AZ

Azərbaycan Ordusunun rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış olub

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrinin, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitlərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, Azərbaycan Ordusunda rabitə hissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitə və idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslı zabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçirilən toplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədə iştirakçılar məlumatlandırılıb.

Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasir radiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiya sistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin və kommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlar verilib.

Qoşunlarda istismara yeni qəbul edilmiş idarəetmə sistemləri, rabitə qurğuları, radiostansiyalar, rəqəmsal texnologiya, müasir məlumatötürmə proqramlarının inkişaf istiqamətləri, kibertəhlükəsizliyin təşkili və kibergigiyena qaydaları haqqında nümayiş olunan təqdimatlar ixtisasçı zabitlər tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, praktik tövsiyələr verilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

500ee590ee3e0b3edb901b6135cf8d21

7ea7b3c607987cb4b5460dc6a017093d

62f92549f96abb9d7176e3cf169708fc

Seçilən
13
14
poliqon.az

10Mənbələr