AZ

Azərbaycanda ən çox bu yaş aralığında xaricə səfər ediblər


2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının yaş qrupları üzrə sayı açqlanıb. 
Yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə ümumilikdə 321 min 926 səfər edilib. 
Ən çox səyahət edən yaş qrupu 36-45 yaş aralığında olan vətəndaşlar olub və bu dövrdə onların payına 99 min 534 səfər düşüb.
2-ci yerdə 46-55 yaş aralığında olanlar yer alıb, bu yaş qrupunda 78 min 325 səfər qeydə alınıb. 
3-cü yeri isə 26-35 yaş aralığında olan vətəndaşlar tutub, onların sayı 46 min 783 nəfər olub. 
17-25 yaş aralığında 34 min 338, 17 yaşadək olanlar arasında isə 26 min 644 səfər həyata keçirilib. 
56-65 yaş aralığında 23 min 49, 66 yaş və yuxarı olanlar arasında isə 13 min 253 səfər baş tutub.
Qeyd edək ki, yaş qrupundan asılı olmayaraq, Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi ölkələr sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan ilk beşlikdə yer alıb.\\Valyuta.az 

Seçilən
12
2
gender.az

3Mənbələr