AZ

Peter Siyarto: Brüssel dünya arenasında təsirini itirib

Avropa İttifaqının (Aİ) liderləri Macarıstan, Slovakiya və Serbiya hökumətlərinə təzyiqi artıraraq onların hakimiyyətdən uzaqlaşdırılmasına çalışırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Bu gün aydın görünür ki, Mərkəzi Avropada Slovakiya, Macarıstan və Serbiyanın vətənpərvər mövqeli hökumətlərinə qarşı getdikcə daha kobud şəkildə hökumətləri devirmək, sabitliyi pozmaq və xarici müdaxilə cəhdləri edilir”, – deyə nazir slovakiyalı həmkarı Yuray Blanar və serbiyalı həmkarı Marko Curiç ilə telefon danışığından sonra bildirib.
Siyyarto həmkarlarını “suverenliklərini və sülhü daha fəal şəkildə müdafiə etməyə” çağırıb.
Onun sözlərinə görə, Brüssel dünya arenasında təsirini itirib. Bunu Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən danışıqlarda Avropanın iştirak etməməsi də təsdiqləyir.
Seçilən
1
nocomment.az

1Mənbələr