AZ

Şahbuzda yerləşən kafenin fəaliyyəti məhdudlaşdırıldı – Fotolar


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Nurlan” kafesində ciddi nöqsanlar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 
Bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
 


Seçilən
11
16
yeniavaz.com

10Mənbələr