AZ

Təyyarə suya düşdü - ANBAAN GÖRÜNTÜ

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqindəki Durban şəhərinin mərkəzi sahilindən bir qədər aralıda yüngülmühərrikli təyyarə suya düşüb. Bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

 

Qəza yerinə xilasedicilər cəlb ediliblər. Təyyarədə olan şəxslərin sayı ilə bağlı məlumat verilməyib.

 

Sosial şəbəkələrdə məşhur Sankoust-Biç şəhərinin çimərliyi üzərində uçan təyyarənin qəfil hündürlüyünü itirərək suya düşdüyünə dair video yayılıb.

 

Oxu.az

 

Tarix: 14 Avqust 2025, 21:36   
Seçilən
14
2
pravda.az

3Mənbələr