AZ

"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

Bizim.Media xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxıb.
 

Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edib. Görüş Masazır təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Bununla da "Sabah" hazırkı mövsümdə avrokuboklardakı mübarizəsini dayandırıb.

14 avqust

UEFA Konfrans Liqası3-cü təsnifat mərhələsinin cavab oyunları

20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan) - 0:2

Qollar: Kirilov, 40; Sula, 87

İlk oyun - 0:1

Baş hakim: Nikolay Balakin (Ukrayna)Masazır. "Bank Respublika Arena"

Bizim.Media

Seçilən
9
3
bizim.media

10Mənbələr