AZ

"Haqqın var buna?" - Qalmaqal böyüyür

Əməkdar artist Abbas Bağırov da müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşımına münasibət bildirənlər arasında yer alıb. Axşam.az xəbər verir ki, ifaçı sənətkarların bu cür müzakirə olunmasını tənqid edib.

 

"Heç bir sənətkar haqqında "həmişə səhvsiz, qüsursuz oxuyur" demək olmaz. Səhnə - canlı sənətdir və burada hər kəsin bəzən istəmədiyi anda texniki və ya digər səbəbdən problemlər yaşaması təbiidir.

 

Təəssüf ki, bu gün bəzi "məlum" sənətkarların gözəl əsərləri, mahnıları barədə danışmaq, paylaşmaq əvəzinə, bir çoxlarını yalnız həmin an yaşadığı kiçik bir problem maraqlandırır.

 

Əsl musiqi sənətkarına qiymət vermək üçün onun bir ifasına yox, keçdiyi sənət yoluna, qazandığı uğurlara, çəkdiyi zəhmətə, yaratdığı dəyərlərə baxmaq lazımdır. Onun sənətə gəldiyi gündən bu günə qədər nələr yaratdığını görmək və tərəziyə qoymaq gərəkdir.

 

O halda sual yaranır: sənətin ən yaxşı nümunələrinə göz yumub, haqsız yerə müzakirə aparmaq, kiminsə zəhmətini kölgəyə salmaq nə dərəcədə ədalətlidir? Haqqınız varmı buna?" deyə, Abbas yazıb.

 

Qeyd edək ki, Kərim Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun "Sənsiz yaşaya bilmirəm" mahnısını canlı ifa etdiyi anları yayımlayaraq "Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar" deyə, yazıb.

 

Kərimi bu paylaşımına görə təndiq edənlər arasında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da yer alıb.

Tarix: 14 Avqust 2025, 21:59   
Seçilən
30
4
pravda.az

5Mənbələr