Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə şəhərin V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş birmərtəbəli, bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi 27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə quru ot yanıb.
Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə olunub.
10Mənbələr
-
news24.azSabirabadda mərkəzi bazarda yanğın - Video ( 20352930)
-
senzor.azSabirabadda mərkəzi bazarda yanğın olub -VİDEO ( 20357268)
-
hafta.azSabirabadda bazar ərazisində YANĞIN-VİDEO ( 20355318)
-
sia.azFHN: Sabirabadda bazar ərazisində yanğın baş verib ( 20354808)
-
day.azSabirabadda mərkəzi bazarda yanğın baş verib ( 20354382)
-
yenisabah.azSabirabadın mərkəzi bazarında yanğın - Video ( 20354067)
-
demokrat.azSabirabadın mərkəzi bazarında YANĞIN baş verib — VİDEO ( 20353953)
-
azertag.azFHN: Sabirabadda bazar ərazisində yanğın baş verib ( 20353689)
-
bakivaxti.azSabirabadda bazarda yanğın olub - VİDEO ( 20353647)
-
onn.azSabirabadda mərkəzi bazarda yanğın olub ( 20353503)