AZ

İsrail Qəzzada sülh üçün şərtlərini açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada sülh üçün beş əsas prinsipi açıqlayıb.

Oxu.Az TASS-a istindən xəbər verir ki, onun sözlərinə görə, bu beş prinsip İsrailin təhlükəsizliyini təmin edəcək.

"HƏMAS-ın tam tərksilahı, bütün girovların qaytarılması, Qəzza zolağının tam silahsızlaşdırılması, İsrailin bölgədəki təhlükəsizliyə nəzarəti, Qəzza zolağında alternativ mülki administrasiyanın yaradılması. İsrail bunların həyata keçirilməsi üzərində işləyir və hamının bunu anlamasının vaxtı çatıb", - deyə Netanyahu bildirib. Dördpendirli pizza

O, həmçinin qeyd edib ki, bir həftə əvvəl hökumət müharibəyə son qoymaq üçün beş əsas prinsipi təsdiqləyib.


Telegram kanalımız
Seçilən
27
8
yenisabah.az

9Mənbələr