AZ

Kreml Paşinyanı devirməyə çalışır – İrəvanda iğtişaş - VİDEO

İrəvanda tanınmış iş adamı, milyarder Samvel Karapetyanın məhkəmə prosesi yenidən başlayıb. Korrupsiya ilə Mübarizə Məhkəməsində keçirilən iclas zamanı məhkəmə binasının həyətinə yüzlərlə insan toplaşaraq “Azadlıq” və “Samvel” şüarlarını səsləndirib.

Hurriyyet.Az "Musavat.com"a istinadən xəbər verir ki, analitiklərin fikrincə, Rusiya və onun təsir dairəsində olan siyasi-dini mərkəzlər Samvel Karapetyanı Paşinyana qarşı alternativ lider kimi hazırlayıb.

Məqsəd, Rusiyaya bağlı oliqarx dairələrinin Ermənistanda hakimiyyətə təsir imkanlarını qorumaqdır.

Lakin Paşinyan hökuməti çevik davranaraq Karapetyanı korrupsiya ittihamı ilə həbsə göndərdi. Bununla da Moskvanın “kölgə planı”na ciddi zərbə vuruldu.

Hazırda Kremlin Ermənistan daxilindəki tərəfdarları Karapetyanın ətrafında konsolidasiya yaratmağa və Paşinyanı devirmək üçün prosesləri hərəkətə gətirməyə çalışırlar.

Buna baxmayaraq, Karapetyanın Ermənistanda ictimai dayaqları zəifdir.

Onun daha çox Rusiyaya bağlı biznes və siyasi dairələrin dəstəyi ilə hərəkət etdiyi bildirilir.

Bu səbəbdən devirmə planı hələlik real nəticə verməyib.

Samvel Karapetyan 1965-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olub. 1990-cı illərdə Moskvaya köçərək biznes fəaliyyətinə başlayıb.

O, Rusiyanın ən iri inkişaf şirkətlərindən biri olan “Tashir Group”un təsisçisi və rəhbəridir. Şirkətin tərkibinə tikinti, energetika, daşınmaz əmlak və pərakəndə ticarət sahələrində onlarla müəssisə daxildir. Forbes jurnalının məlumatına görə, onun sərvəti 3 milyard dollardan çox qiymətləndirilir. O, Rusiyanın inkişaf, tikinti və energetika sektorunda ən böyük oyunçulardan biri kimi tanınır.

Karapetyan uzun illərdir Moskva siyasi dairələri və Rusiya kilsəsi ilə yaxın əlaqələr saxlayır. Kremlin Ermənistan üzərində təsir imkanlarını qorumaq cəhdlərində onun adı tez-tez ön plana çıxır.

Ermənistanda isə Karapetyan əsasən iri ianələri, sosial layihələri və kilsəyə yardımları ilə tanınır. Lakin onun Rusiyaya bağlılığı və biznes maraqları səbəbindən Paşinyan hökuməti ilə münasibətləri kəskin şəkildə gərginləşib.

Samvel Karapetyanın 13 avqust tarixli müraciətində o, “По‑нашему” (“Bizim yolumuzla”) adlandırdığı hərəkatın təşkil olunacağını bəyan edib. Karapetyana görə, bu ideya yeni siyasi gücün bünövrəsini təşkil edəcək və konkret ideyalar, proqramlar əsasında formalaşacaq.

Məhkəmə prosesi fonunda İrəvanda Karapetyanın tərəfdarlarının aksiyaları davam edir.

Etirazçılar onun azadlığa buraxılmasını tələb edir. Lakin müşahidəçilər hesab edirlər ki, bu proses təkcə korrupsiya işi deyil, həm də Ermənistanın geosiyasi yönümünə dair Moskva ilə Paşinyan hakimiyyəti arasında gərginliyin göstəricisidir.

Seçilən
24
2
hurriyyet.az

3Mənbələr