AZ

Növbəti “3+3” formatlı görüş Bakıda və ya İrəvanda keçirilə bilər

Növbəti “3+3” formatlı görüş Bakıda və ya İrəvanda keçirilə bilər.

 

Bu barədə İranın IRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib.

 

Onun sözlərinə görə, bu barədə ilkin razılıq format iştirakçısı ölkələrin xarici işlər nazirlərinin son görüşündə əldə olunub.

 

İrəvan hesab edir ki, “3+3” formatı regional layihələrin, xüsusilə kommunikasiya ilə bağlı təşəbbüslərin müzakirəsi üçün münasib platforma ola bilər./APA

Tarix: 14 Avqust 2025, 22:47   
Seçilən
36
12
pravda.az

10Mənbələr