AZ

“Araz-Naxçıvan” iki oyunda doqquz qol buraxaraq avrokubokla vidalaşıb - Yenilənib 

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb...

“Report”un məlumatına görə, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.

Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

***

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında beşinci qol vurulub.

“Report”un məlumatına görə, meydan sahibləri fərqi daha da artırıblar.

Mateuş Musialovski 79-cu dəqiqədə hesabı 5:0 edib.

***

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında ikinci hissə oynanılır.

”Report”un məlumatına görə, meydan sahibləri dörd cavabsız qolla üstündür.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.

****

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

”Report”un məlumatına görə, meydan sahibləri fasiləyə üstünlüklə yollanıblar - 4:0.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro fərqlənib.

***

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

”Report”un məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.

30-cu dəqiqədə Evandro hesabı 3:0 edib.

 

 

 

***

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

”Report”un məlumatına görə, meydan sahibləri növbəti dəfə fərqləniblər.

23-cü dəqiqədə Stevan Yovetiç hesabı 2:0 edib.

***

Kiprdə yerli "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu meydan sahibləri vurub.

9-cu dəqiqədə Villi Semedo fərqlənib.

Poliqon.info 

Seçilən
57
6
poliqon.info

10Mənbələr