AZ

Sabiq baş həkimə hökm oxunub

Sabiq baş həkimə hökm oxunub

Vətəndaşları aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Gəncə Dəmir Yolu Xəstəxanası"nın sabiq baş həkimi Vidadi Seyidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AFN.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, sabiq həkim 9 nəfəri aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, xidməti mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyini, xəstəxanada gözətçi götürəcəyini vəd edib və bu yolla ümumilikdə 250 min manat pulu mənimsəyib. Sabiq baş həkimə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Seçilən
25
14
afn.az

10Mənbələr