AZ

Qadınlar “Toyota”nın kapotunda xəmir yoğurub xəngəl bişirdilər VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Toyota Camry”nin kapotunda xəmir yoğuran qadının görüntüləri sosial şəbəkədə paylaşılıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Dağıstanın Akuşinski rayonunda baş verib. Kadrlarda qadının qara rəngli avtomobilin kapotunda xəmir yoğurduğu, daha sonra bir neçəsi də ona qoşularaq həmin xəmiri kündələrə ayıraraq yaydıqları və bişirməyə verdikləri görünür.

Video müəllifinin sözlərinə görə, o, xəngəl yeməyi hazırlayırmış. Bundan əlavə, "Camry" heç vaxt bu qədər yüksək qiymətləndirilməmişdi" – deyə müəllif sonda qeyd edib.

Sözügedən maraqlı hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
avtosfer.az

1Mənbələr