Bu gün UEFA Konfrans Liqasında növbəti matçlar keçirilib.
Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Sabah" Bolqarıstan "Levski"sini qəbul edib.
Valdas Dambrauskas baş məşqçisi olduğu komanda pley-offa yüksəlmək vəzifəsinin öhdəsindən gələ bilməyib. Səfərdə məğlubiyyətə üzülən "Sabah" öz meydanında uduzub. Hər hissəfə bir qol vuran mərhələ adlayıb.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
20:00. "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) - 0:2
Qollar: Radoslav Kirilov, 40. Sula, 87