AZ

ABŞ-da istehsalçı inflyasiyası 3 ildə ən sürətlə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsalçı inflyasiyası son üç ilin ən böyük artımını qeydə alıb.

Banco.azxəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, İstehsalçı Qiymət İndeksi (İQİ) iyul ayında aylıq əsasda 0,9% artıb. Gözlənti isə 0,2% artım idi.

İllik əsasda İQİ 3,3% yüksəlib. Gözlənti 2,5% artım idi. İQİ əvvəlki ayda 2,3% artmışdı.

ABŞ-da baza İQİ aylıq 0,9% artıb. Proqnoz 0,2% idi. İllik artım isə 3,7% olaraq 3%-lik proqnozu üstələyib.

Xidmət xərcləri 1,1% artıb; bu, 2022-ci ilin mart ayından bəri ən yüksək artım kimi qeydə alınıb. Məlumat şirkətlərin ilin ilk yarısında tələbin azalmasına baxmayaraq, daha yüksək ABŞ tarifləri ilə əlaqəli xərcləri kompensasiya etmək üçün mal və xidmət qiymətlərində dəyişiklik etdiyini göstərir.

ABŞ-da çərşənbə axşamı açıqlanan məlumatlara görə, inflyasiya aylıq 0,2% ilə gözləntilərə uyğun, illik əsasda isə 2,7% ilə gözləntilərin altında olub.

Baza inflyasiya isə xidmət qiymətlərindəki artımın təsiri ilə 3,1%-ə yüksələrək ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
57
9
banco.az

10Mənbələr