AZ

Bu kafenin fəaliyyəti DAYANDIRILIB

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Nurlan” kafesində ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən hafta.az-a bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektlərinin sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Seçilən
69
16
hafta.az

10Mənbələr