AZ

Cəlal Hüseynov oynadı, “Arda” pley-offa yüksəldi!

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab görüşünü keçirib.

“Arda” bu mərhələdə Litvanın “Kauno Jalgiris” komandası ilə mübarizə aparıb. Bu komandalar arasında keçirilmiş ilk görüş Litvada baş tutmuşdu. Cəlalın komandası səfərdə 1:0 hesablı qələbə qazanmaqla pley-offa vəsiqə yolunda önəmli addım atmışdı. Bu gün baş tutmuş cavab görüşü də “Arda”nın qələbəsiylə yekunlaşıb – 2:0. Cəlal bu dəfə də 90 dəqiqə meydanda olub.

Beləliklə, növbəti raunda vəsiqə qazanmış “Arda” Konfrans Liqasının pley-off mərhələsində “Rakov” (Polşa) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 56 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Seçilən
14
1
arena.az

10Mənbələr