AZ

Dostları Vüqar Biləcəri haqqında danışdılar: “Rəşad Dağlının toyundan sonra daha çox sevildi”

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı meyxanaçı Vüqar Biləcəriyə həsr olunub.

Verilişdə söz ustadının dostları meyxanaçı ilə bağlı xatirələrini bölüşüblər.

"De, gəlsin!" proqramında münsiflərdən biri idim. Həmin dövrdə sınağımızdan keçənlərdən biri də Vüqar idi. Rəşad Dağlının toyundakı çıxışından sonra cəmiyyət tərəfindən daha çox sevilməyə başladı. Çox bacarıqlı idi, pul hərisi deyildi. Vüqarın xasiyyəti meyxanaçıların 90 faizində olsaydı, bu sahə ağ günə çıxardı", - meyxanaçı Mehman Əhmədli söyləyib. pizza mizza

Orxan Lökbatanlı isə onun anasına bağlılığından bəhs edib:

"Sanki Allah onları bir-birləri ilə imtahan etdi, sonra ikisini də apardı. Anasının 50 yaşı olanda Vüqara zəng edib təbriklərimi çatdırdım. Elə həmin gün valideyni insult keçirdi. Həmin vaxt Gürcüstanda idim, bunu eşidəndə tez ölkəyə qayıtdım. Evlərinə çatanda Vüqarı dizlərini bükərək ağlayan gördüm. Anasına çox bağlı idi. Həmin gündən sonra onun bütün ümidləri yarımçıq qaldı".

Ətraflı süjetdə:


Telegram kanalımız
Seçilən
0
4
yenisabah.az

5Mənbələr