AZ

Təyyarə eniş edərkən qorxulu anlar - VİDEO

Tayvanın hava limanında Boeing 747 təyyarəsi az qala qəzaya uğrayacaqdı.

Ucnoqta.az xəbər verir ki, təyyarə adada tüğyan edən Podul tayfunu şəraitində eniş edirkən çətin anlar yaşanıb.

Kadrlarda Honq Konqdan gələn yük təyyarəsinin əvvəlcə güclü küləklə havada necə yelləndiyi, sonra isə eniş zamanı təyyarənin mühərriki və sağ qanadı ilə uçuş-enmə zolağına çırpıldığı göstərilir.

Pilotların təcrübəsi sayəsində eniş uğurla sona çatıb, heç kim xəsarət almayıb. Hakimiyyət artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
4
ucnoqta.az

1Mənbələr