AZ

İstanbul boğazı bağlandı

İstanbul boğazı xam neft daşıyan tankerin sıradan çıxması səbəbindən hər iki istiqamətdə bağlanıb.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, Honq-Konq bayrağı altında üzən neft tankerinin boğazdan keçərkən mühərrikində nasazlıq yaranıb.

Nəticədə körfəzdə gəmilərin hərəkəti dayandırılıb.

Gəminin uzunluğu 247, eni isə 44 metr olub. Tankerin təhlükəsiz şəkildə lövbər salması üçün yedək gəmilər əraziyə gətirilib.

Seçilən
79
8
news24.az

10Mənbələr