İş icazəsi üçün bəzi sənədlər artıq Elektron Hökumət Sistemi vasitəsilə əldə olunduğu halda, müraciətçidən tələb olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Bu prosedur müraciət prosesini sadələşdirir və sənəd dövriyyəsini azaldır.
Müraciətçinin razılığı ilə aidiyyəti orqanlar sənədləri elektron şəkildə təmin edə bilər.