AZ

Tramp diplomatiyaya üstünlük verir, yeni sanksiyalar planlaşdırılmır

Tramp diplomatiyaya üstünlük verir, yeni sanksiyalar planlaşdırılmır

ABŞ prezidenti Donald Tramp yeni anti-Rusiya sanksiyaları tətbiq etmək istəmir, onun prioriteti diplomatiyadır.

AFN.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Vaşinqtonun Moskvaya təzyiqi necə artıra biləcəyi ilə bağlı sualı cavablandıran Levitt deyib ki, prezidentin "lazım gəldikdə" istifadə edə biləcəyi çoxlu alətlər var. Eyni zamanda, Ağ Ev nümayəndəsi vurğulayıb ki, Tramp gələcəkdə atacağı və ya atmayacağı addımları əvvəlcədən elan etmir.

"Lakin o, həmişə deyib ki, diplomatiya və danışıqlar bu münaqişənin sona çatması üçün ilk addımdır və o, sabaha ümid edir. Amma təbii ki, prezidentin məcburiyyət qarşısında qalacağı təqdirdə sanksiyalar və digər tədbirləri görə biləcəyi də var. Bu, o demək deyil ki, o, istəyir", - deyə Levitt qeyd edib.

Seçilən
4
afn.az

1Mənbələr