AZ

Fələstin ilk dəfə bu müsabiqədə təmsil olunacaq

Fələstin bu il ilk dəfə “Kainat gözəli” müsabiqəsində təmsil olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nadine Ayoub 74-cü qlobal yarışmada ölkənin iştirakçısı kimi təsdiqlənib.

Ədəbiyyat və psixologiya məzunu olan Nadine 2022-ci ildə “Miss Fələstin” tacını qazanıb. Daha sonra o, “Miss Earth 2022”də  ilk beşliyi təmin edib və “Su Kraliçası” tituluna sahib olub.

Qeyd edək ki, tədbirin noyabrın 21-də Taylandın Pak Kret şəhərində keçirilməsi planlaşdırılır.

Seçilən
20
qafqazinfo.az

1Mənbələr