AZ

İkinci Yer planetinin yaşayış üçün uyğunluğu yoxlanıldı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Kosmik Agentliyi 2017-ci ildə kəşf edildikdən dərhal sonra "ikinci Yer" adlandırılan "TRAPPIST-1d" ekzoplanetinin tədqiqatının nəticələrini dərc edib.

Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, Ceyms Uebb Teleskopunun köməyi ilə aparılan yeni analiz bu planetin Yer atmosferinə bənzər atmosferə malik olmadığını göstərib.

"TRAPPIST-1" sistemi bizdən cəmi 40 işıq ili uzaqlıqda yerləşir. Nəzəri olaraq onun səthində maye su ola bilər. "TRAPPIST-1d" öz sistemində mərkəzi ulduzdan üçüncü ən uzaq planetdir. Ulduza olan məsafə Yerlə Günəş arasındakı məsafənin cəmi 2%-ni təşkil edir. "İkinci Yer" öz ulduzu ətrafında dörd günə fırlanır.

Tədqiqatçıların fikrincə, planetin atmosfer qatı son dərəcə nazikdir və Marsın atmosferinə bənzəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
24
oxu.az

10Mənbələr