ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton prezidentlər Vladimir Putin və Donald Trampın görüşündə atəşkəs razılaşması əldə olunarsa, Ukraynada sülhün Koreya ssenarisi ilə davam edəcəyini təklif edib...
Poliqon xəbər verir ki, onun sözlərini Ukraynanın Teleqraf nəşri sitat gətirib.
"Hazırkı təmas xəttində atəşkəs əldə olunarsa və sonra danışıqlar başlasa, bu, Ukrayna ilə Rusiya arasında yeni sərhədə çevrilə bilər - 1953-cü ildə Koreyada atəşkəs danışıqları başlayandan sonra olduğu kimi. Və bu, hələ də Şimali və Cənubi Koreya arasında sərhəddir. Aydındır ki, Ukraynanın nöqteyi-nəzərindən bu, yaxşı nəticə deyil", Bolton bildirib.
O, Putin-Tramp danışıqlarında hər şeyin ola biləcəyini və heç bir zəmanətin olmadığını deyib. Ekspertin fikrincə, bu, Tramp tərzində tipik görüş olardı.
Poliqon.info