
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Ruttenin xahişi ilə onunla telefonla danışıb.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Prezident Aparatının Rabitə müdirliyinin yaydığı açıqlamaya görə, Ərdoğan və Rutte Ukrayna ilə Rusiya arasında müharibə ilə bağlı son hadisələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan Ukrayna ilə Rusiya arasında uzunmüddətli atəşkəsə nail olmaq üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyiş əldə edildiyini ifadə edərək, bu prosesin humanitar sahədə də müsbət nəticələrə şərait yaratdığına inandığını bildirib.
E. KAMAL