BAKI, 15 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında sammitin keçiriləcəyi Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında F-35 qırıcıları müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Alaska Landmine” portalı məlumat yayıb.
"Elmendorf-Riçardson bazasında bir neçə F-35 qırıcısı da daxil olmaqla aktiv hərbi fəaliyyət müşahidə olunur", - məlumatda deyilir.