Rusiya prezidenti Vladimir Putinin olduğu təyyarə avqustun 15-də səhər saatlarında Maqadanda eniş edib.
Publika.az xəbər verir ki, regiona qısa səfərdən sonra təyyarə ABŞ prezidenti Donald Trampla danışıqların planlaşdırıldığı Ankoric şəhərinə uçacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Maqadanda sənaye müəssisələrinə baş çəkəcək və regionun qubernatoru Sergey Nosovla görüşəcək. Yeni istehsal sahələrinə xüsusi diqqət yetiriləcək. "Prezident rayon rəhbəri ilə görüşdən əlavə, Mayak parkının mədəniyyət və sosial mərkəzinə baş çəkəcək, idman-istirahət kompleksinə baxacaq. Daha sonra prezidentin proqramına Alsib qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulması da daxildir. Maqadanda proqramı başa vurduqdan sonra dövlət başçısı Rusiya-Amerika danışıqlarında iştirak etmək üçün Alyaskaya yollanacaq", - Peskov deyib.
Xatırladaq ki, ABŞ və Rusiya dövlət başçılarının görüşü bu gün Bakı vaxtı ilə saat 23:30-a planlaşdırılıb. Danışıqlar Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında olacaq. Putin və Tramp təkbətək danışmağı, daha sonra nümayəndə heyətləri ilə iş səhər yeməyi üzərində danışıqları davam etdirməyi planlaşdırır.