AZ

“Günün erkən saatlarında yola çıxın” DİN dən sürücülərə müraciət

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in sürücülərə müraciətində bildirilir.

Qeyd olunub ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir:

“Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq:

- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;

- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;

- təhlükəsizlik kəmərindən istifadə edin;

- ⁠sürət həddini aşmayın;

- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;

- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;

- ötmə qaydalarına uyğun davranın;

- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;

- ⁠mümkünsə günün erkən saatlarında yola çıxın”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
4
yeniavaz.com

2Mənbələr