Xəbər verildiyi kimi tanınmış yazıçı, prodüser Vüqar Tapdıqlı avqustun 14-də vəfat edib.
News24.az xəbər verir ki, 63 yaşlı V.Tapdıqlının infarkt səbəbindən həyatını itirməsi məlum olub. Belə ki, ötən gün səhər saatlarında Vüqar Tapdıqlının səhhəti qəfil pisləşib, təcili tibbi yardıma müraciət edilsə də, gec olub. Onun ürək tutmasından vəfat etməsi müəyyənləşib.
Qeyd edək ki, V.Tapdıqlı bir çox vəzifələrdə çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, olub. Onun son iş yeri Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru vəzifəsi olub.
Taleh