AZ

Ailə qorxusundan Hindistana qaçdı, cinayətkar dəstəyə satıldı: Uşaqlığını canavarlar oğurladı

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Banqladeşli 12 yaşlı qız uşağı imtahanda uğursuz olmasının ardınca ailəsinin reaksiyasından qorxaraq evdən qaçıb. 

Qaynarinfo xəbər verir ki, tanış bir qadın vasitəsi ilə Hindistana aparılan uşaq, burada fahişəlik dəstəsinə satılıb. Üç ay ərzində 200-dən çox kişinin cinsi istismarına məruz qalan qız polis əməliyyatı ilə xilas edilib.

Rəsmilər bildirib ki, hadisələr uşağın məktəbdə bir fənn üzrə imtahandan kəsiləndə ailəsindən qorxması ilə başlayıb. Ailəsinin ona hirslənəcəyindən qorxan qız evdən qaçaraq tanış olduğu bir qadından kömək istəyib. Qıza kömək vəd edən qadın onunla birlikdə Banqladeş-Hindistan sərhədini keçib. Qadın sonradan uşağı hindli bir dəstəyə təslim edib.

Hindistan polisi bildirib ki, qurban əvvəlcə Qucarat ştatının Nadiad şəhərinə aparılıb və burada dəfələrlə istismar edilib.

Qız Mira-Bhayandar Vasai-Virar polisinin İnsan Alveri ilə Mübarizə Bölməsi, Exodus Road India Fondu və Harmony Fondu kimi QHT-lərin birgə əməliyyatı nəticəsində 26 iyulda azad edilib.

Harmony Fondunun qurucu sədri Abraham Matai sərt valideynlik qaydalarının uşaqları təhlükəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq edərək bildirib: "Bu qız uşağı hələ yeniyetməlik yaşına belə çatmayıb, amma uşaqlığını ət (insan) alveri ilə məşğul olan bu canavarlar oğurladı. Belə xilas əməliyyatlarının arxasında eşidilməmiş bir uşaq hekayəsi durur; əvvəlcə onu qorumaqla vəzifəli olanlar, sonra isə artıq çox gec olduqda reaksiya verən cəmiyyət tərəfindən tərk edilmiş bir uşaq".

Polis Komissarı Niket Kauşik vurğulayıb ki, bütün cinayət şəbəkəsini məhv etmək və digər zəif uşaqları qorumaq üçün səy göstərirlər. Əməliyyatda 10 nəfər saxlanılıb, lakin fəallar bunun kifayət etmədiyini və rəsmilərin daha çox tədbir görməli olduğunu bildiriblər.

"Daily Mail"ə danışan fəal Madhu Şankar bildirib: "Vaşi və Belaçur bölgələrində tez-tez kiçik qız uşaqlarının dilənciliyə məcbur edildiyini görürük. Bu uşaqlar körpə ikən kəndlərdən oğurlanır, şəhərlərə gətirilir və istismar edilir. Bir neçə yaşlı qadın tərəfindən idarə olunan bu qız uşaqları fahişəliyə məcbur edilir. Hətta erkən yeniyetməliyə çatmaları üçün onlara hormon iynələri vurulur".

Hindistanda uşaqlara qarşı cinsi zorakılıq böyük problemə çevrilib. Uşaq Hüquqları və Siz Təşkilatının təhlilinə görə, 2016-dan 2022-ci ilə qədər uşaqlara qarşı cinsi hücum halları 96% artıb. Təkcə 2022-ci ildə 39 min uşaq istismarı və cinsi istismar hadisəsi qeydə alınıb.

Lakin bu rəqəmlər qorxu və ədalət sistemindəki çatışmazlıqlar səbəbilə bildirilməyən halları əhatə etmir. QHT-lər qeyd edir ki, qurbanlar və ailələr təhdidlər və uzanan məhkəmə prosesləri səbəbilə susmağa məcbur qalır. 2022-ci ildə Hindistanda uşaq istismarı ilə bağlı işlərin cəmi 3%-i məhkumiyyətlə nəticələnib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
qaynarinfo.az

1Mənbələr