AZ

“İran-Ermənistan sərhədində üçüncü tərəfin təhlükəsizlik qüvvələri yerləşdirilməyəcək”

“İran-Ermənistan sərhədində üçüncü tərəfin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ehtimalı tamamilə istisna edilir”.

Yenisabah.az Press TV-yə istinadla xəbır verir ki, bunu İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

O, avqustun 8-də Ağ Evdə ABŞ, Azərbayvan və Ermənistan liderlərinin imzaladığı çərçivə sülh sazişinin təfərrüatını açıqlayıb: Toyuqlu pizza

"Sazişlə bağlı İranın bütün narahatlıqları nəzərə alınıb”.

“Tramp marşrutu”, ilk növbədə, haqqında danışdığımız bəyanatda suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq kimi dörd çox əsas prinsipə əsaslanır. Həm İran, həm də Ermənistan əvvəllər transərazi dəhlizi ilə bağlı yaranmış narahatlıqlar tamamilə aradan qaldırılıb", - deyə Kostanyan vurğulayıb.

"Kommunikasiyaların yenidən açılması ilə bağlı mediadan eşitdiyimiz digər narahatlıq Ermənistan-İran sərhədləri boyunca üçüncü tərəf qüvvələrinin yerləşdirilməsidir ki, belə bir şey yoxdur. Bölgəyə hər hansı təhlükəsizlik qüvvələrinin yerləşdiriləcəyini nəzərdə tutmuruq. Digər tərəfdən, bu, İran üçün tamamilə yeni imkanlar yaradır", - deyə nazir müavini əlavə edib.


Telegram kanalımız
Seçilən
52
50
yenisabah.az

10Mənbələr