Hindistanın Kəşmir bölgəsində yağan güclü yağışlar və daşqınlar nəticəsində 46 nəfər ölüb, 200-dən çox insan itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə polis, xilasetmə xidmətləri, ordu və hava qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatları hələ də davam edir.
Hindistan Meteorologiya Departamenti daşqınların (bir saatda 100 millimetrdən çox yağış) dağlıq ərazilərdə daşqınlara və sürüşmələrə səbəb olduğunu bildirib. Kəşmirin bir sıra bölgələrində, o cümlədən Kiştvarda sakinlərə təhlükəli tikililərdən, elektrik dirəklərindən və köhnə ağaclardan uzaq durmaq tövsiyə olunub.
Şəfa Hüseynli