İsrailin Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivin yenidən İrana hücum etməyə hazır olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Yedioth Ahronot” qəzeti məlumat yayıb.
İsrail ordusunun İrana, Livanda Hizbullaha, Yəməndə isə İranın dəstəklədiyi Husilərə zərbələr endirdiyini bildirən Zamir "Lazım gəldikdə yenidən hücuma hazırıq" deyib.
Qeyd edək ki, bu açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin Beyruta səfəri zamanı İsraili “yırtıcıya çevrildiyi”nə görə tənqid etməsindən cəmi bir gün sonraya təsadüf edib.