AZ

Karapetyanın həbs müddəti uzadıldı

İrəvan məhkəməsi biznesmen, "Tashir Group" şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
 
Qeyd olunur ki, həbs müddətinin uzadılması barədə qərarı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi çıxarıb.
 
Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib.
 
İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın "Ermənistanın elektrik şəbəkələri" şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.
 
Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.
Seçilən
29
2
moderator.az

4Mənbələr