Idmanxeber.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında 2025-2026 mövsümü start götürür. Çempionatın açılış matçı Şamaxıda “Karvan Yevlax”la “Qəbələ” arasında olacaq.
Qarşılaşmanı milli komandanın baş məşqçisi Fərnandu Santuşun da izləməsi gözlənilir. Portuqaliyalı mütəxəssisin Şamaxıya yola düşəcəyi bildirilir.
Santuşla yanaşı, AFFA rəhbərliyi də bölgəyə səfər edəcək.
Xatırladaq ki, “Karvan Yevlax” – “Qəbələ” matçı saat 17:00-da start götürür.
İdmanxeber.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.