
Avropa Komissiyası (AK) Rusiyaya qarşı növbəti sanksiyalar paketini sentyabrda təsdiqləməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda təfərrüatlar təqdim edilməyib.
Əvvəlki sanksiyalar Rusiya iqtisadiyyatına, əsasən sənaye sahələrinə, silah tədarükü şəbəkələrinə, eləcə də, Ukraynadakı müharibə ilə əlaqəli şəxslərə təsir göstərib.
Aİ rəhbərliyinin bildirdiyinə görə, sanksiyalar Rusiyanın üç il yarımdan artıqdır davam edən müharibəni davam etdirmək imkanlarını azaltmağa yönəlib.