Rumıniya, Bolqarıstan və Türkiyə Qara dənizdəki minaları təmizləmək üçün birgə işçi qrupunu genişləndirməlidir.
Publika.az xəbər verir ki, Rumıniyanın müdafiə naziri İonut Mosteanu bildirib.
Onun sözlərinə görə, enerji obyektlərini və ticarət yollarını Rusiya Federasiyasının potensial hücumundan qorumaq üçün missiyaya patrul qüvvələrinin əlavə edilməsi planlaşdırılır.
"Qarşıdakı illərdə bu layihəni patrul layihəsinə qədər genişləndirmək lazımdır. Biz bunu yaxın gələcəkdə müttəfiqlərimizlə müzakirə edəcəyik", - Mosteanu qeyd edib.
O, həmçinin əlavə edib ki, Qara dəniz yaxın müddətdə Rusiya üçün döyüş meydanı olaraq qalacaq. Ona görə də ölkələr öz maraqlarını qoruyaraq müqavimət göstərməlidirlər.