Xəbər verdiyimiz kimi, ötən gün Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qahab kənd sakini, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes-Benz” “Ford” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində sürücü və 27 yaşlı Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın oğlu ağır bədən xəsarətləri alaraq, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Modern.az-ın məlumatına görə, qəza yerindən yeni görüntülər yayılıb.
Videoda “Mercedes-Benz” markalı maşının iki yerə bölündüyü görünür.
Həmin görüntüləri təqdim edirik: