AZ

F-35 alışında tərəddüd: Ölkələr alternativ axtarışındadır

İsveçrə Federal Hökuməti F-35 döyüş təyyarələrinin alınması ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə qərar verib.

Turkustan.az xəbər verir ki, bu məqsədlə Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyinə (DDPS) müxtəlif alternativ variantları araşdırmaq tapşırılıb.

Federal Şuranın yaydığı açıqlamada, döyüş təyyarələrinin tədarükü ilə bağlı növbəti addımların müəyyən edildiyi bildirilir. Açıqlamada qeyd olunub:

"Yay dövründə aparılan müzakirələr ABŞ-ın öz mövqeyindən geri çəkilməyə hazır olmadığını açıq şəkildə göstərdi. Bu səbəbdən İsveçrə F-35A döyüş təyyarələri üçün sabit qiymət təyin edə bilmir. Federal Şura DDPS-ə noyabr ayına qədər müxtəlif alternativləri araşdırmaq göstərişi verib."

Bununla belə, Federal Şuranın F-35 təyyarələrinin alınmasına sadiq qaldığı da açıqlamada vurğulanıb.

Hindistan da F-35-dən Uzaq Durur

Bloomberg xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə tətbiq edilən 25 faizlik əlavə gömrük rüsumları Hindistanın F-35 marağını azaldıb. Bir müddət əvvəl F-35 almağa yaxın olduğu iddia edilən Hindistan rəhbərliyi, artıq bu təyyarələrin alınmasında maraqlı olmadığını rəsmi şəkildə ABŞ tərəfinə çatdırıb.

Hindistan rəsmiləri bildiriblər ki, ölkə hazırda daha çox yerli hərbi istehsal və texnologiya inkişafına üstünlük verir.

İspaniya ABŞ Yerinə Avropa Qırıcılarına Üstünlük Verir

İspaniyanın nüfuzlu "El Pais" nəşri, hökumət mənbələrinə istinadən yazır ki, Madrid ABŞ-dan F-35 qırıcı təyyarələri almaq planlarını qeyri-müəyyən müddətə dayandırıb. Beləliklə, İspaniya Lockheed Martin şirkəti ilə danışıqları rəsmən dayandıraraq, Avropa istehsalı olan Eurofighter kimi alternativlərə yönəlib.

Qeyd edək ki, İspaniya hökuməti bu ilin aprel ayında 12,126 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib və ÜDM-in 2 faizini müdafiə və təhlükəsizlik xərclərinə ayırmağı öhdəsinə götürüb. Lakin bu vəsaitin 85 faizinin Avropada istehsal edilən hərbi sistemlərə yönəldilməsi planı, ABŞ istehsalı olan F-35-lərin alınması ilə uyğun gəlmir.

Aytən Yaşa/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr