AZ

FHN-in tenderinin udan şirkət lin dövlətə vergi borcu varmış - FOTO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması üzrə tenderin qalibini müəyyən edib.

Hurriyyet.az xəbər verir ki, Tenderin qalibi ATLAS ALLİANCE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 208.482,4 AZN-lik müqavilə bağlanması gözlənilir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlətə 45 min manatdan çox vergi borcu mövcuddur. Şirkətin borcu 45.794,18 AZN təşkil edir.

Qeyd edək ki, ATLAS ALLİANCE GROUP-un nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Azər İsmayılov Rəhəm oğludur.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.

32gun.az

Seçilən
18
2
hurriyyet.az

3Mənbələr