AZ

Yasamalda narkokuryerlik edən iki qardaş həbs edildi (VİDEO)

Bakı.Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindənnarkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilənəməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev vəqardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların avtomobil və evlərinə baxış zamanı 6kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

"Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı iləcinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilənünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyinedilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davametdirilir", - qurumdan əlavə edilib.

Seçilən
15
41
az.trend.az

10Mənbələr