AZ

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

 

 

Seçilən
41
11
unikal.az

10Mənbələr