BAKI, 15 avqust. TELEQRAF
“Qazaxıstanda vəzifələrə təyinatlar namizədlərin peşəkarlığı əsasında həyata keçirilir, çünki ölkədə artıq ailə-klan sistemi yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Cəmiyyətimiz, vətəndaşların şüuru dəyişir. Dövlət qulluğunda meritokratiya prinsipi bərqərar olunur. Artıq hakimiyyətdə ailə-klan sistemi yoxdur. Vəzifələrə təyinat zamanı, ilk növbədə, bilik və peşəkarlıq nəzərə alınır”, - prezident bildirib.
Tokayevin iddiasına görə, ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində qanun və qaydaya hörmət sarsılmaz prinsipə çevrilir:
“Bir sözlə, Qazaxıstan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub”.