Bakı. Trend:
İran heç vaxt texnologiya, xüsusilə nüvə texnologiyasındanqeyri-sülh məqsədlər üçün istifadə etmək niyyətində olmayıb.
Trend-inməlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd RzaAref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinləgörüşdə deyib.
Onun sözlərinə görə, İran ABŞ ilə dolayısı şəkildə müzakirələrapardığı halda, hücumlara məruz qaldı və hərbi komandanları və nüvəalimlərini itirdi. Halbuki İran və ABŞ nüvə müzakirələrində etimadyaranmaqda idi.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı iləəlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa vəAlmaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həminilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətininolmayacağını elan edib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.