Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Azərbaycan nümayəndə heyəti ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsini müzakirə edəcək.
AzPost TASS-a istinadən bildirir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Mənim də gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm var. Biz bu məsələlərə [Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına] da orada baxacağıq. Beləliklə, irəliləyiş gedir”.
Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi ilə görüş Rusiyada baş tutacaq.