2024-cü ildə Qarabağ iqtisadi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi 1,55 milyard manatı ötüb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 5 ildə, yəni 2020-2024-cü illər ərzində bu iqtisadi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi 1,6 dəfə artıb.
Qarabağ iqtisadi rayonu üzrə göstəricilər:
- Xankəndi – 8,4 milyon manat (-)
- Ağcabədi – 402,468 milyon manat (+2,6%)
- Ağdam – 116,045 milyon manat (+38,3%)
- Ağdərə – 1,036 milyon manat (-)
- Bərdə – 694,018 milyon manat (+8,8%)
- Füzuli – 93,064 milyon manat (+4,1%)
- Xocalı – 2,136 milyon manat (-)
- Xocavənd – 6,347 milyon manat (-)
- Şuşa – 13,759 milyon manat (-)
- Tərtər – 216,338 milyon manat (-0,3%)
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi ötən ildə 244,322 milyon manat təşkil edərək, illik 6,5 faiz artıb (daha öncəki rəqəmlər qeyd olunmur).
Şərqi Zəngəzurda ən yüksək artım Kəlbəcər rayonu üzrə qeydə alınıb. Bu rayonda pərakəndə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 87,7 faiz artıb və ötən ilin sonuna 5,84 milyon manat təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə göstəricilər:
- Cəbrayıl – 21,63 milyon manat (+40,5%)
- Kəlbəcər – 5,84 milyon manat (+87,7%)
- Qubadlı – 185,98 milyon manat (+2,1%)
- Laçın – 12,43 milyon manat (0,3%)
- Zəngilan – 18,4 milyon manat (+13,4%)