AZ

“Tramp marşrutu” məsələsində Rusiya Ermənistanı dəstəkləyir- Aleksey Overçuk 

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk: “Tramp marşrutu” məsələsində Rusiya Ermənistanı dəstəkləyirsə, əgər bu onun üçün faydalıdırsa, Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) yaradılmasında, İrəvan lazım bilsə, Rusiya Ermənistanı dəstəkləyir.

“Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, əlbəttə ki, biz burada Ermənistanı dəstəkləyirik. Əgər onlar hesab edirlər ki, müvafiq bəyannamənin Vaşinqtonda imzalanması daha böyük təhlükəsizlik təminatları verir, deməli, bu yaxşıdır, çünki biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik, bu, tamamilə bizim maraqlarımıza uyğundur”, – o qeyd edib.

Overçuk həm də bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir.

“Nikol Vovaeviç iki həftə əvvəl Rusiyada idi və biz də onun yaxın gələcəkdə Rusiyada olacağını gözləyirik, onun səfərini gözləyirik”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri son dəfə Rusiyada iyul ayında olub və Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib.

Seçilən
28
1
veteninfo.az

2Mənbələr